
“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
- 17:30
- 47
“Sumqayıt” futbol komandasının yay hazırlıq planı məlum olub
Rekord.az xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən komanda məşqləri iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.
Ayın 25-də Qəbələyə yola düşəcək kollektiv hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə tarixi hələlik bəlli deyil.