
“Sumqayıt”ı Qazaxıstan klubuna dəyişdi
- 14:00
- 57
"Sumqayıt"ın sabiq futbolçusu Alan Dias Qazaxıstan klubuna transfer olunub.
Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi "Ordabaşı" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu 2024-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.