“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.


Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) “Neftçi”nin indiki baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.


“Neftçi” bu gün “Sumqayıt”dan ayrılmış digər futbolçu Murad Xaçayevi də heyətinə qatdığını açıqlamışdı.