
“Sumqayıt”da növbəti ayrılıq
- 20 İyl 2025 22:00
- 50
“Sumqayıt” Sərtan Taşkınla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisinin klubla müqaviləsi başa çatıb.
“Sumqayıt” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.