
"Sumqayıt"da məşq edir, amma hələ də müqavilə bağlamır
- 13:00
- 167
Səbuhi Abdullazadə hələ də gələcək karyerası ilə bağlı qərar verə bilmir.
Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçunun "Sumqayıt"la müqaviləsi bitib.
Klub tərəfindən ona yeni müqavilə də təklif olunub. Lakin yarımmüdafiəçi hələ də bu təklifə müsbət cavab verməyib. O, hazırda "Sumqayıt"ın məşqlərində iştirak etsə də, bu klubda qalıb-qalmayacağı bilinmir. Bəzi menecerlər tərəfindən ona Türkiyədə getmək təklif olunur. Deyilənə görə, bu ölkədə bir neçə klub Səbuhini öz heyətində görmək istəyir. Futbolçunun beynini qarışdıran da həmin təkliflərdi. Bilmir risk edib getsin, yoxsa real təklifi qəbul edib "Sumqayıt"da qalsın. Artıq klub rəhbərliyi də bu həftənin sonuna kimi ondan qəti qərarını açıqlamasını istəyir.