Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda mey!d aşkarlanıb.


Sumqayit24.az-ın xəbərinə görə, 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun mey!di stadionun ərazisində tapılıb.


Rekord.az-ın əldə etdiyi ilkin məlumata əsasən, o, intihar edib, cüdo zalındakı fitnessdə özünü asıb.


Faktla bağlı araşdırma aparılır.