Əvvəlki sponsorunun imtinası tək "Göyəzən" üçün yox, Qazax stadionu üçün də böyük zərbə oldu.


Rekord.az xəbər verir ki, stadion yenidən Həmkarlar İttifaqının nəzarətinə qayıtdı.


Qeyd edək ki, hazırda stadion faktiki fəaliyyətsizdir. Əldə etdiyimiz son məlumata görə, 7 hektar ərazisi olan stadionun qaz və su təhcizatı da dayandırılıb. Hətta deyilənə görə, dünəndən işığın verilişi də dayandırılıb. Stadionun ehtiyat meydançasında məşq edən azyaşlı futbolçular məşqdən sonra yuyunmaq üçün soyuq su da tapmırlar.