Çexiyanın “Slaviya” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda “Sabah”ın qonağı olacaq.


Rekord.az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçiriləcək matçdan bir gün əvvəl “Slaviya”nın baş məşqçisi Yindrix Trpişovskinin mətbuat konfransı olub. Çexiyalı mütəxəssis bu turnirdə qalib gəlməyə layiq olduqlarını bildirib:


“Bəzi oyunçuların çətinlikləri var idi. Bilirik ki, hansı futbolçular kənarda qalacaq. Yeni oyunçular cəlb olundu. Bizim komanda Avropada çox yaxşı oyunlar keçirib. Məmnunuq ki, sərəncamımızda belə oyunçular var və biz o boşluqları doldura bilmişik. Düşünürük ki, bizim məşqçi heyəti və futbolçular bu turnirdə qalib gəlməyə layiqik.


“Sabah” elə bir komandadır ki, oyun üslubuna görə “Barselona” ilə müqayisə edərdim. 4-3-3 formatına görə. Bu elə bir komandadır ki, hücum oyunçularından maksimum istifadə edir. “Mançester Yunayted”lə matçda çox gözəl çıxış etdilər. Ardıcıl olaraq hücum edirlər. Həmişə hücum edəndə həlledici olur.


Mən bura ikinci dəfədir ki, gəlirəm. Təxminən 10 il bundan əvvəl gəlmişdim. Görürəm ki, şəhərdə çox böyük dəyişiklik var. Karyeramda da çoxlu dəyişiklik oldu. Bir sıra məsələlər dəyişdi.


Bu oyuna var gücümüzlə hazırlaşmışıq. Beş il bundan qabaq elə komandalar var idi ki, tanınmırdılar. Onların səviyyəsi ilə bağlı geniş məlumat ala bilmirdik. Amma onu deyə bilərəm ki, bu oyun bizə çox böyük təcrübə qazandıracaq.


Sabah komandaya çox güclü təlimat verəcəyik. Ona görə cavabdehik. Bu oyuna maksimum hazırıq. Komandanın sərgiləyəcəyi oyun bizi təəccübləndirməyəcək. Biz bir sıra gözəl oyunlar keçirmişik”.


“Sabah” – “Slaviya” matçının start fiti sabah saat 20:45-də səslənəcək.