"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
- 21:47
- 28
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq.
Yeni gələn futbolçular hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.
Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı yoxdur. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur”.