Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Polşaya uduzduqları matçı (0:2) şərh edib.

Rekord.az sport.pl-a istinadən xəbər verir ki, mütəxəssis məğlubiyyətə baxmayaraq, pley-offa çıxmaq üçün yaxşı şanslarının olduğunu deyib:

“Oyunçularımdan razıyam. Fasiləyə heç-heçə ilə yollanmalı idik. Bu, çox şeyi dəyişəcəkdi. Təəssüf ki, bu gün müsbət nəticə əldə edə bilmədik. Amma biz mübarizəmizi davam etdirəcəyik. Son saniyəyə qədər vuruşacağıq. Biz heç vaxt təslim olmayacağıq. Başa düşürəm ki, nəticə uğurun əsas ölçüsüdür. Amma biz yolumuza davam edirik. Pley-offa çıxmaq üçün yaxşı şansımız var".

Qeyd edək ki, C qrupuna 4 xalla Polşa liderik edir. Səudiyyə Ərəbistanı 2-ci (3 xal), Meksika 3-cü (1 xal, 1 oyun), Argentina isə sonuncudur (0 xal, 1 oyun). Argentinalılar və meksikalılar arasında qrup mərhələsinin ikinci tur oyunu bu gün saat 23:00-da başlayacaq.