“Napoli" qapı xəttini gücləndirib.


Rekord.az xəbər verir ki, "Torino"nun serbiyalı qapıçısı Vanya Milinkoviç-Saviç transfer edilib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı qolkiperlə imzlanan 1 illik icarə müqaviləsində satınalma şərti də var. 


Milinkoviç-Saviç 2017-ci ildən "Legiya"dan 2,6 milyon avroya “Torino”ya transfer olunmuşdu. Onun A Seriyasında 146 matçı var. Saviç Serbiya millisində də 18 oyun keçirib.