“Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, paytaxt klubu hamidu Keyta ilə 1 il yarımlıq müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı fransalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”,  “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib. Keyta son olaraq Portuqaliyanın “Santa Klara” klubunun formasını geyinib.