Konfrans Liqasında səfərdə "Soçi"yə 0:3 hesabı ilə uduzan "Keşlə" böyük ölçüdə mübarizəni dayandırmış sayılır. Çünki Sənan Qurbanovun komandasının evdə ruslardan revanş alacağı inandırıcı görünmür.

Rekord.az xəbər verir ki, böyük hesablı məğlubiyyət klubun müşahidə şurasının sədri Zaur Axundova çox pis təsir edib.

Oyundan sonra klub bossu baş məşqçi Sənan Qurbanova və futbolçulara iradını sərt şəkildə çatdırıb. Hətta deyilənə görə, Qurbanovun istefaya göndərilməsi də gündəmdədir. Lakin bu məsələyə Bakıdakı oyundan sonra tam aydınlıq gələcək.