
Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib
- 26 May 2025 11:22
- 174
Mayın 24-də Şəmkir rayon İ.Məmmədov adına Qapanlı kənd tam orta mətəbində 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, 44 nəfər yeniyetmənin mübarizə apardığı daxili birinciliyin qalıbləri Şəmkir UGİM-nin müvafiq diplomları ilə təltif olunublar.