Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” sabah Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi bu dəfə Donetsk “Olimpik”i ilə üz-üzə gələcək.

Ukrayna klubu ilə görüş “Miracle Resort Hotel”in meydançasında keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 18:00-da start veriləcək.

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” komandasına 0:1 hesabıyla uduzub. “Gəmiçilər” yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları ilə də qarşılaşacaq.