
"Səbail"də baş məşqçi ilə rəhbərlik arasında görüş
- 12:00
- 193
Son mövsümün yekunlarına əsasən I Liqaya düşən "Səbail"də baş məşqi ilə rəhbərlik arasında görüş keçirilib.
Rekord.az-a açıqlamasında bununla bağlı məlumatı Bayıl təmsilçisinin baş məşqçisi Elvin Məmmədov verib.
Onun sözlərinə görə görüş müsbət məcrada olub: "Rəhbərliklə görüşümüz yaxşı keçdi, istəklərimiz üst-üstə düşdü, yekdil qərarımız da o oldu ki, komanda yenidən Premyer Liqaya qayıtmalıdır. Maliyyə məsələsində də hər şey qaydasındadır. Düzdür, büdcənin nə qədər olması rəhbərliyə aid olan məsələdir, amma mənə deyilən söz o oldu ki, istədiyin futbolçuları gətirə bilərsən, bu barədə problem olmayacaq".