
“Səbail” yay hazırlıq planını açıqladı
- 21 İyl 2025 16:00
- 62
2025/2026-cı il mövsümündə 1-ci liqada mübarizə aparacaq “Səbail”in yay hazırlıq planı bəlli olub.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" təlim-məşq toplanışına iyulun 25-də “ASCO Arena”da start verəcək. Hazırlıq mərhələsi çərçivəsində Elvin Məmmədovun çalışdırdığı etdiyi komanda 4 yoxlama oyunu keçirəcək.
Qeyd olunur ki, rəqiblər və yeni transferlərlə bağlı məlumatlar tezliklə ictimaiyyətə çatdırılacaq.