Şamaxıda fiziki tərbiyə dərsləri keçirilib
- 16:22
- 35
Şamaxı şəhəri 10 nömrəli tam orta məktəbdə "İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü" münasibətilə xüsusi tədbir təşkil olundu.
Rekord.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi çərçivəsində, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə həyata keçirildi.
Tədbir zamanı stolüstü tennis və velosiped üzrə məşqçi-müəllimi Toğrul Şıxalıyev tərəfindən şagirdlər üçün fiziki tərbiyə dərsi keçirildi.
Keçirilən tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, fiziki aktivliyin təşviqi və idmanın sülh və həmrəylik dəyərlərinin formalaşmasındakı rolunun vurğulanması olmuşdur.