"Şahdağ" Turiz Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının ikinci gününə yekun vurulub.


Rekord.az xəbər verir ki, idmançılar bu dəfə qarışıq estafet (mixed relay) növü üzrə mübarizə aparıblar.


Yeniyetmə kişi və qadınlar


1. Almaniya


2. İspaniya


3. Rusiya


Yetkin kişi və qadınlar:


1. İsveçrə


2. İtaliya


3. Almaniya


Qeyd edək ki, Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.


Martın 8-nə kimi davam edəcək yarışlarda U-18 və U-20 kategoriyasından olan qadınlar və kişilər fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.


Turnir Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.