“Sabahın ulduzları” Bakı kubokunda bürünc medalçılar müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu gün həlledici oyunlar keçirilib.

Beləliklə, U-14 yaş qrupunda “Ulduz” 3-cü yeri tutaraq bürünc medalları qazanıb, “Neftçi” isə yarış cədvəlində 4-cü olub.

U-15 yaş qrupunda “Qarabağ” 3-cü yeri, EFA isə 4-cü yeri tutub.

Sentyabrın 30-da hər iki yaş qrupunun final oyunları heçiriləcək. Final oyunları və mükafatlandırma mərasimi CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

R

3-cü yer uğrunda oyunlar

29 sentyabr

U-14

“Neftçi” – “Ulduz” 2:4

Qollar: №19. Hünər Səmədli (6, 10,19), №9. Said Statema (69) // №11. Bəxtiyar Bayramlı (46), №17. Adil Şabanov (60).

Baş hakim: Fərid Quliyev

Köməkçi hakimlər: Samir Cabbarov, Nurlan Əhmədzadə

Dördüncü hakim: İsa Məmmədov

Hakim inspektor: Ceyhun Haşımov

Oyun meneceri: Fərid Nağdaliyev.

U-15

“Qarabağ” – EFA 2:2 (Əlavə vaxtda 3:3, penaltilərlə 6:5)

Qollar: №13. Əli Məmmədzadə (2), №14. Raul Hüseynli (47), №17. Məhəmməd Bağırov (99) // №19. Ömər Osmanlı (41), №8. Hüseyn Novruzlu (55), №77. Şahin Qasımzadə (101).

Baş hakim: Emin Abdullayev

Köməkçi hakimlər: Əlibəy Rəhimov, Asif Allahyarov

Dördüncü hakim: Rauf Salamov

Hakim inspektor: Ceyhun Haşımov

Oyun meneceri: Fərid Nağdaliyev.

U-15 yaş qrupunda “Qarabağ” 3-cü yeri, EFA isə 4-cü yeri tutub. Sentyabrın 30-da hər iki yaş qrupunun final oyunları heçiriləcək. Final oyunları və mükafatlandırma mərasimi CBC Sport telekanalı ilə canlı yayımlanacaq.