“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsindəb“Slaviya” (Praqa) ilə oyununun hakimləri açıqlanıb.


Rekord.az UEFA-ya istinadən xəbər verir ki, görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.


Baş hakim Marius Hansen-Qrötta olacaq. Ona yan xətt hakimləri Aleksandr Yeqer və Henrik Sunne kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.


Qeyd edək ki, oyun oktyabrın 13-də “Bank Respublika Arena”da keçiriləcək və saat 15:00-da başlayacaq.