
“Sabah”ın səfər matçı 15 avroya
- 17:00
- 39
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq "Çelye" (Sloveniya) - "Sabah" matçına biletlərin qiymətləri açıqlanıb.
Rekord.az Sloveniya komandasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklər üçün qiymətlər 15 avro olacaq.
Uşaqlar üçün biletlərin qiymətləri isə 7 avro təşkil edəcək. Ancaq biletlər matç günü alınarsa, böyüklər 17 avro ödəməli olacaqlar. Matç günü bilet alan uşaqlar üçün isə qiymətlərdə dəyişiklik edilməyəcək.
“Sabah” – “Çelye” görüşü iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.