
“Sabah”ın rəqibi Bakıya qələbə ilə gəlir
- 16:20
- 44
Moldova çempionatında 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Petrokub” “Daçia-2” ilə qarşılaşıb.
“Potrekub” ev oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb. Hesabı 31-ci dəqiqədə “Petrokub”dan Petru Popesku açıb. 43-cü dəqiqədə Karuntu penaltidən hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Popesku dubl etməklə komandasının qələbə qolunu vurub.
5 oyundan 11 xalı olan “Petrokub” lider “Şerif”dən (6 oyun) 2 xal geri qalmaqla 3-cü yeri tutur.
Xatırladaq ki, “Sabah” Kişinyovda keçirilmiş ilk matçda 2:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların cavab qarşılaşması iyulun 31-də Bakıda keçiriləcək.