
“Sabah”ın futbolçusu “Sumqayıt”da
- 15 İyl 2025 22:20
- 42
"Sumqayıt" "Sabah"ın futbolçusu Rauf Rüstəmlini icarəyə götürüb.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi 1 il ərzində "Sumqayıt"ın uğurları üçün çalışacaq.
"Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"da top qovub. 21 yaşlı oyunçu U-17, U-19, U-21 və A milli komandalarımızın da şərəfini qoruyub.