Bakıda "Sabah" və Sloveniyanın "Çelye" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.


Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Artıq qarşılaşmaya 5000 bilet satılıb.


“Sabah” – “Çelye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.