Tarixi uğurla Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ı böyük mübarizə gözləyir. Dünya nəhəngləriylə qarşılaşmalar təmsilçimizi populyarlaşdıracaq, diqqət mərkəzinə, həmçinin böyük ad, şöhrət, yerli futbol azarkeşlərimizə isə böyük sevinc gətirəcək. Bunların hamısı xoş hadisələrdir və komanda ilə birlikdə hamımız bu gözəl anları, böyük futbol bayramını səbrsizliklə gözləyirik.

 

Amma bu işin bir əmması var. “Sabah” Avropaya səs saldığı zamanla eyni vaxtda sıx oyun qrafikinin öhdəsindən gəlməli, daxili yarışda çempionluğu əldən verməməyə çalışmalıdır. Bu isə elə də asan iş deyil.

 

Xatirəmizdə o qədər də köhnə olmayan “Qarabağ” nümunəsi var.

 

Çempionlar Liqası çətin yarışdır, komandadan çox güc alır. Bunu ötən mövsüm məhz “Qarabağ”ın timsalında aşkarlıqla görə bildik. Ağdam təmsilçisi Avropada uğurlu çıxış etsə də, daxili yarışlara qüvvə saxlaya bilmir, xal itkilərinə məruz qalırdı. Üstəlik, ehtiyat skamyanın da geniş olmamağı Qurban Qurbanovun işini çətinləşdirir, seçim imkanı vermirdi. Nəticə olaraq, bu, “Qarabağ”ın uzun fasilədən sonra ölkə çempionluğunu əldən verməsinə gətirib-çıxardı. Üstəlik, Premyer Liqadakı rəqabət səviyyəsinin artması da öz növbəsində iki cəbhədə eyni uğurla çıxış etmək artıq mümkünsüzə yaxın missiyaya yaxınlaşdırır.

Ehtiyat qüvvə öz yerində, ancaq ÇL-dəki təmsilçimizin həm də daxili yarışda “nəfəs dərməyə” imkan tapması da labüd olur. Yəni “bayquşlar”ın bəzi oyunların təxirə getməsini istəməkdən başqa çıxış yolu olmaya bilər.

 

Hansı oyunlar? Əvvəlcə, Avropa-Azərbaycanqarışıq matç qrafikinə baxaq.

 

 

“Sabah”ın avrokubok matçlarına rast gələn Premyer Liqadakı oyunların qrafiki aşağıdakı kimidir:

 

 

Çempionlar Liqası 2026-27-ci illər mövsümü. Əsas mərhələ.

 

 

1-ci tur.

 

Rəqib - “Mançester Yunayted” (səfər)

 

Tarix: 10 sentyabr 2026-cı il.

 

Bu matçdan

 

- öncəki rəqib – “Zirə” (ev)

- sonrakı rəqib – “Şəfa” (səfər)

 

 

2-ci tur.

 

Rəqib - “Slaviya” (ev)

 

Tarix: 13 oktyabr 2026-cı il.

 

Bu matçdan

 

- öncəki rəqib – “Neftçi” (səfər)

- sonrakı rəqib – “Qəbələ” (səfər)

 

 

3-cü tur.

 

Rəqib - “Borussiya” (ev)

 

Tarix: 20 oktyabr 2026-cı il.

 

Bu matçdan

 

- öncəki rəqib – “Qəbələ” (səfər)

- sonrakı rəqib – “Qarabağ” (ev)

 

 

4-cü tur.

 

Rəqib – “Vikinq” (səfər)

 

Tarix: 4 noyabr 2026-cı il

 

Bu matçdan

- öncəki rəqib – “Turan” (səfər)

- sonrakı rəqib – “Şamaxı” (ev)

 

5-ci tur

Rəqib – “Barselona” (ev)

 

Tarix: 25 noyabr 2026-cı il

 

Bu matçdan

- öncəki rəqib – “Sumqayıt” (səfər)

- sonrakı rəqib – “Araz” (ev)

 

6-cı tur

Rəqib – “Vilyareal” (səfər)

 

Tarix: 8 dekabr 2026-cı il.

 

Bu matçdan

- öncəki rəqib – “Zirə” (səfər)

- sonrakı rəqib – “Şəfa” (ev)

 

7-ci tur

Rəqib – “Napoli” (ev)

 

Tarix: 20 yanvar 2027-ci il.

 

Bu matçdan

- öncəki rəqib – yoxdur, liqada fasilədir.

- sonrakı rəqib – “Neftçi” (ev)

 

8-ci tur

Rəqib – “Arsenal” (səfər)

 

Tarix: 27 yanvar 2027-ci il

 

Bu matçdan

- öncəki rəqib – “Neftçi” (ev)

- sonrakı rəqib – “Qəbələ” (ev)

 

* * *

 

Komanda pley-offa çıxarsa;

 

Rəqib – XXXXX

 

Tarix: 16-17 fevral ilk matç, 23-24 fevral cavab matçı.

 

İlk matçdan

- öncəki rəqib – “Turan” (ev)

- aradakı rəqib – “Şamaxı” (səfər)

- sonrakı rəqib – “Kəpəz” (ev)

 

* * *

 

Beləliklə, “Sabah”ın oyun qrafiki ilə tanış olduq. Uzun, yorucu bir 5 ay gözləyir Valdas Dambrauskasın yetirmələrini. Bilirik ki, Avropadakı rəqiblər güclüdür, üstəlik, 2 dəfə İngiltərə, bir dəfə İspaniya, bir dəfə də Norveç səfərləri gözlənilir. Yolun uzaqlığının matçların yükünə əlavə yük qatacağı, bərpa prosesini uzadacağı dəqiqdir. Bu səbəbdən komanda bəzi matçları oynamaq üçün PFL-ə müraciət edə bilər. Onlar hansılardır?

 

Məntiqlə bu “Sabah”ın ÇL-də 1 həftə ərzində oynayacağı 2 qarşılaşma arasındakı matçlarıdır.

 

İlk belə durum 13-20 oktyabr tarixlərinə rast gələ bilər. “Sabah” əvvəlcə evdə “Slaviya”, sonra isə “Borussiya”nı qəbul edəcək. Bu vaxt Premyer-Liqamızda “araya düşən” matç “Qəbələ” səfəridir. Böyük ehtimalla, həmin matç ertələnəcək. Maraqlı məqam odur ki, “Sabah” ilk matçdan öncə “Neftçi”ylə səfərdə, almanlardan sonra isə evdə “Qarabağ”la oynamalıdır. Əminliklə söyləmək olar ki, oktyabrın ortaları “bayquşlar”ın həm ÇL, həm də Premyer-Liqa perspektivinə təsir edəcək.

 

Daha bir dəfə belə durum gələn ilin 20-27 yanvar tarixlərində yaşanacaq. Bu zaman “Sabah” evdə “Napoli”ni qəbul edib, bir həftə sonra Londonda “Arsenal”a qarşı meydana çıxacaq. İtalyanlarla qarşılaşmadan öncə matç yoxdur, çünki həmin vaxtda PL-də fasilə bitmiş olmayacaq. Araya isə “Neftçi”ylə ev matçı düşür. Bu oyunun da təxirə getmək ehtimalı az deyil.

 

Son olaraq, komandamız pley-offa yüksələrsə belə hal yaşana bilər. O zaman da iki matç arasında “Şamaxı” səfəri düşür ki, “Sabah” bu oyunun da ertələnməsini istəyə bilər.

 

Hazırda görünən mənzərə budur. Yuxarıda da qeyd etdik ki, “Sabah”ın işi çətindir. Hətta həmin matçlar ertələnərsə belə, sonrakı aylarda – böyük ehtimal, apreldə -  komandanın yaşayacağı sıx qrafik heç də az olmayan xal itkilərinə özü ilə gətirəcək. Belədə ötənilki “Qarabağ” ssenari”sinin yaşanma ehtimalı çoxalır. Bunun baş verməməsi üçün masazırlılar sələfinin səhvini təkrarlamamlı, ehtiyat skamyanı genişləndirməlidirlər.