Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.


Bu barədə Rekord.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.


Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:


"Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu


"Qara Qarayev" metrostansiyası – Bakı Olimpiya Stadionu


Eyni zamanda oyun bitdikdən sonra Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.


"Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.