"Şamaxı" və "İmişli" hazırda ev oyunlarını süni örtükdə keçirdən iki Premyer Liqa komandasıdır.

Rekord.az xəbər verir ki, "İmişli" Yevlaxda icarə əsasında oynasa da, "Şamaxı" öz rayonunda oynayır.

Düzdür, Şamaxı stadionu da klubun balansında deyil və AFFA-ya məxsusdur. Ona görə bu stadionun süni örtüyünün dəyişdirilməsi birbaşa klubun yox, həm də federasiyanın istəyi olmalıdır. Lakin indiki halda bu, real görünmür. Çünki təbii örtük baha başa gələn prosesdir. Klubun o qədər büdcəsi yoxdur. Komandaya sponsor gələrsə, bu haqda düşünmək olar. O ki qaldı AFFA-ya, əldə etdiyimiz məlumata görə, federasiyanın yaxın zamanlarda balansında olan süni meydançalardan hansısa birinin təbii ota keçilməsi kimi bir planı yoxdur.