15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bakıda təlim-məşq toplanışını başa vuran komanda oktyabrın 19-27-si aralığında üç oyuna çıxacaq.

U-15 ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.

Komanda oktyabrın 23-də, saat 15:30-da Malta, 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda keçiriləcək.

Turnirdə iştirak edəcək millinin heyəti:

Nr.Adı / SoyadıKlub
1Sirac QuluzadəQarabağ FK
2Qabil HəzizadəSumqayıt FK
3Rəvan RüstəmovSabah FK
4Ayxan ƏliyevSabah FK
5Zeyd ÇodarovQarabağ FK
6Sənan ZeynallıQarabağ FK
7Rasim ƏliyevUlduz FA
8Amal ŞıxkərimzadəSabah FK
9Kənan SəfiyevUlduz FA
10Kamil BədirxanlıQarabağ FK
11Muhəmməd HümbətzadəUlduz FA
12Ayxan RüstəmliUlduz FA
13Hüseyn NovruzluEFA
14Nihat BəylərliUlduz FA
15Zəfər İbrahimQarabağ FK
16Cəbrayıl ƏkbərovUlduz FA
17Cavid AllahverdiQəbələ İK
18İmran SeyidbalayevSumqayıt FK
19Yusif AğayevSabah FK
20Onur ƏmirzadəNeftçi PFK