Dortmund “Borussiya”sı sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Sabah”ın qonağı olacaq.


Rekord.az xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl “arılar”ın baş məşqçisi Niko Kovaçın mətbuat konfransı keçirilib. Konfransda komandanın isveçli müdafiəçisi Daniel Svensson da fikirlərini bölüşüb:


“Rəqib oyunçuların hamısı ilə yaxından tanış olmuşam. Oyuna start heyətində başlasam, hansı oyunçu ilə qarşı-qarşıya qalacağımı bilmirəm. Bütün oyunlarda olduğu kimi, bu matça da yaxşı hazırlaşmışam”.


“Sabah” – “Borussiya” matçı saat 20:45-də Bakı Olimpiya stadionunda keçiriləcək.