Azərbaycan çempionatı keçiriləcək
- 16:45
- 48
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək.
rEKORD.az xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirmək, onların peşəkarlıq səviyyəsini yüksəltmək və bu idman növünü təbliğ etməkdir.
Qeyd edək ki, turnir federasiyanın bilyard idmanının inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirdiyi strategiyanın tərkib hissəsidir.