“Sabah”la matçda qələbə qazanmalıyıq” - Kovaç
- 20:00
- 32
Dortmund “Borussiya”sı sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Sabah”ın qonağı olacaq.
Rekord.az xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl “arılar”ın baş məşqçisi Niko Kovaçın mətbuat konfransı keçirilib. Xorvatiyalı mütəxəssis bəzi detalları çatdıra bilmədiklərini bildirib:
“İkinci dəfədir burada olaram. Gözəl, əyləncəli ölkədir. Rəqib barədə deyə bilərəm ki, bizə lazım olan materiallar var, ona uyğun hazırlaşmışıq. Bəzi detalları çatdıra bilmədik, baxacağıq sabah nələr baş verə bilər.
Bizə lazım olan məqamlar var, hansı ki, hələ onları tapa bilməmişik. Oyunçularımıza bir az sürət lazımdır. Onun üzərində çalışırıq. Sabah yaxşı nəticə əldə etmək üçün rəqib qapısına hücum etməliyik.
Həqiqətən də, çətin oyun olacaq. Sürətli olmalıyıq, maksimum dərəcədə bizdə olan keyfiyyəti nümayiş etdirməliyik və biz sabah qələbə qazanmalıyıq.
Bizdə lazım olan keyfiyyətlər var. İnanıram ki, biz bu oyunu qazanacağıq. Amma istənilən halda, bütün rəqiblərə hörmətlə yanaşırıq.
Biz bu komandaya gələndə 11-ci pillədə idik. İndiki ilə o vaxtı müqayisə etmək düzgün deyil. Komandada lazımi keyfiyyətlər var, düşünürəm ki, bunu sabah göstərəcəyik”.