“Çalışacağıq ki, sabah çoxlu qol vuraq, amma…” - Dambrauskas
- 21:30
- 29
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda, oktyabrın 20-də Dortmund “Borussiya”sını qəbul edəcək.
Rekord.az xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis matça yaxşı hazırlaşdıqlarını söyləyib:
“Rəqibin son iki oyunda qol vura bilməməsi bizim üçün o qədər də xoş xəbər deyil. Tamamilə sabahkı oyuna fokuslanacaqlar. Amma biz də yaxşı hazırlaşmışıq. “Borussiya” haqda başa nə deyə bilərəm? Almaniyanın ən güclü komandalarından biridir. Çox sürətlidirlər. Elə komandalardan biridir ki, çox sprintlər edirlər.
İnanıram ki, Xəyal Əliyev də hazırdır. Bizim 20-dən çox oyunçumuz var və axşam məşqindən sonra biləcəyik ki, kimlər sabahkı siyahıda olacaq.
Qələbə ehtimalı haqda danışmıram. Daha çox komandamın performansı məni maraqlandırır. Bizim üçün əsas odur ki, diqqətli olaq, fikirlərimi oyunçularıma çatdıra bilim. Əlbəttə, biz çalışacağıq ki, sabah çoxlu qol vuraq, amma bunu “Borussiya”dan soruşmaq lazımdır ki, onlar bizə nə qədər imkan verəcək”.
“Sabah” – “Borussiya” matçı saat 20:45-də Bakı Olimpiya stadionunda keçiriləcək.