Mahir Emrelinin çıxış etdiyi klubda növbəti baş məşqçi istefası
- 16:00
- 39
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.
42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu posta təyinat alıb. Komanda onun rəhbərliyi altında 2 qələbə və 3 məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, bu, "Rakuv"da cari mövsüm növbəti baş məşqçi istefasıdır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.
Komanda Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.