Azərbaycan komandası DÇ-ni ilk “10-luq”da başa vurdu
- 17:40
- 36
Azərbaycanın karate komandası Polşanın Bielsko-Biala şəhərində keçirilmiş dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub.
Rekord.az xəbər verir ki, 114 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan komandası 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanaraq 10-cu yerdə qərarlaşıb.
Xatırladaq ki, Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb. Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.