Mart ayı ölkə futbolu üçün çox ağır gəldi. Koronavirus dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də çemionatın dayanmasına səbəb oldu. Bütün klublar 10 gündən çoxdur məcburi istirahətdədir. Əksər klublar bu səbəbdən maaşların hansı formada veriləcəyi üzərində baş sındırır.

Lakin Rekord.az xəbər verir ki, "Sabah" bu mənada futbolçularına böyük jest edib.

Belə ki, rəhbərlik bütün futbolçuların mart ayı üçün maaşını hələ Novruz bayramından öncədən ödəyib.