“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin əsas mərhələsinin 2-ci turunda Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən oyunu avstriyalı hakimlər idarə ediblər. Matçın baş hakimi Sebastyan Qishamer olub.

“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmuşdusa, “Slaviya” evdə Fransanın “Lans” komandasına 2:3 hesabı ilə məğlub olmuşdu. Bu komandaların görüşündə isə Azərbaycan çempionu inamlı qələbəyə sevinib. Bununla da "Saabh" tarixi bir zəfərə imza atıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur

13 oktyabr

“Sabah” – “Slaviya” (Praqa) 2:0
Qollar: Kahim Parris, 49. Coy Lens Mikels, 88.
Baş hakim: Sebastyan Qishamer (Avstriya).
Bakı Olimpiya Stadionu.

Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 7. Umarali Rahmonaliyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 37. Du Keyros, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Slaviya: 35. Yakub Markoviç, 3. Tomaş Holeş (k), 4. David Zima, 6. Ange Nquessan, 10. Daniyel Ştrum, 16. David Mozes, 17. Lukaş Provod, 20. Emmanuel Ayaosi, 23. Mixal Sadilek, 25. Tomaş Çori, 27. Tomaş Vlçek.
Ehtiyat oyunçular: 29. Nazar Domçak, 40. Adam Rezek, 8. Oskar Kubiak, 13. Moymir Xitil, 14. Samuel İsife, 15. Mubarək Süleyman, 22. Tumani Diakite, 30. Viktor Novak, 47. David Barçot, 53. Matey Kotrba, 60. Petr Potmeşil.
Baş məşqçi: Yindrix Trpişovski.