Azərbaycan Basketbol Liqasının yeni mövsümünə start verilib.


Rekord.az xəbər verir ki, 1-ci turun ilk oyununda "LANDAU Lions"la üz-üzə gələn son çempion "Sabah" qələbə qazanıb.


Bakı İdman Sarayında keçirilən qarşılaşma "bayquşlar"ın 84:74 hesablı qələbəsi ilə bitib.


Xatırladaq ki, turun digər oyunları 2, 3 və 4 oktyabrda baş tutacaq