Bakıda "Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək.


Rekord.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq.


FIFA referisinə həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcək.


Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da Josef Spurni əyləşəcək.


Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda saat 20:45-də start götürəcək.