"Sabah" - "Slaviya" oyununda antirekord
- 15:20
- 35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda baş tutan "Sabah" – "Slaviya" (Çexiya) oyununda antirekord qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
Qarşılaşmada qapı "çərçivə"sinə ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub. Bu göstərici qitənin ən nüfuzlu klub turnirinin tarixində statistik məlumatların toplanmağa başlandığı dövrdən (2003/2004 mövsümündən) bəri "çərçivə"yə birinci zərbənin vurulması üçün ən uzun müddət olaraq tarixə düşüb.
"Sabah"ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda baş tutan matçda Çexiya təmsilçisini iki cavabsız qolla məğlub edib.