
“Sabah” - “Petrokub” oyununa satılan biletlərin sayı açıqlandı
- 30 İyl 2025 15:30
- 65
“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub”la (Moldova) cavab matçına satılan biletlərin sayı açıqlanıb.
Rekord.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 5000 bilet öz sahibini tapıb.
"Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.