Çexiyanın “Slaviya” komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda “Sabah”ın qonağı olub.


Rekord.az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçirilən matçdan sonra “Slaviya”nın baş məşqçisi Yindrix Trpişovskinin mətbuat konfransı olub. Çexiyalı mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Biz yanıldıq oyunla bağlı. Əsasən də birinci hissədə. Təbii ki, səbəblər çoxdur. Amma mənə görə, səhv etməməliyik. İki səhvimiz oldu. Çox mənasız qollar idi. Digər tərəfdən, iki qol vumaq üçün kifayət qədər şansımız oldu. Amma vura bilmədik. Biz təzyiqlə üzləşdik. İkinci hissədə rəqib yaxşı oyun göstərdi. Bu gün yalnız onu deyə bilərəm ki, rəqib orta sahədə bizə qalib gəldi. Oyunçular kifayət qədər məyus olublar.


Hansısa səbəbdən bu baş verdi, məğlub olduq. Düşünürdüm ki, kifayət qədər şans əldə edəcəyik ki, qalib gələk. Ancaq bu gün rəqib sevinir, qələbəsini qeyd edir. Cərimə meydançasında lazımdır ki, gərək baş işləsin. Oyuna qayıtsaq, nəyisə dəyişə bilərdik, ya yox? Bu, belə deyək, oyunçuların fərdi keyfiyyətinə bağlı olan məsələdir.


Düşünürəm ki, biz hazırda yaşadığımızı yaşadıq. Bir çox məsələlərə toxunmaq istəmirəm. Hazırda görünür ki, favorit olmaq şansımız azdır. Bundan əvvəl “Lans”la matçda yaxşı oynamağa çalışdıq. Bu, sadəcə, səhvlərdir ki, bunları belə oyunlarda etməməlisən. Mən özüm gözlədiyimi görmədim. İstəyirsən ki, oyunda qalib gələsən, amma bu, bəzən alınmır.


Gözləntilərimiz özünü doğrultmadı. Digər komandalarla oyunlarda bunu göstərməliyik. Bu gün əfsuslar olsun ki, bir qədər zəif oynadıq. Çox söz demək olar. “Fənərbaxça” ilə oyunda daha yaxşı olmağa çalışacağıq”.