"Sabah"ın yay hazırlıq planı məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, komanda tam heyətlə iyulun 1-dən yay hazırlığının ilkin mərhələsinə başlayacaq.

Ayın 10-dan sonra isə ölkə xaricində təlim-məşq toplanışı nəzərdə tutulub. İki variant var: ya Türkiyə, ya da Sloveniya. Ölkənin adı yaxın 1 həftəyə kimi tam dəqiqləşəcək.