
“Sabah” legioneri ilə vidalaşdı
- 28 İyn 2025 19:30
- 43
“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin 2024/2025 mövsümünün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.