
“Sabah” daha bir legioner transfer etdi
- 16:30
- 61
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi Stiv Solvetlə 2 illik müqavilə imzalayıb. 29 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.