Çexiyanın “Slaviya” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda “Sabah”ın qonağı olacaq.


Rekord.az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçiriləcək matçdan bir gün əvvəl “Slaviya”nın baş məşqçisi Jindrix Trpişovskinin mətbuat konfransı olub. Konfransda komandanın müdafiəçisi Tomaş Vulçer də fikirlərini bölüşüb:


“Sabahkı oyunu səbirsizliklə gözləyirik. Çox şadıq ki, buradayıq. Hər komandanın öz tarixi keçmişi var. Düşünürük ki, bu insanlar çox gözəl iş görürlər, Çempionlar Liqasında tarixi nailiyyətə imza atıblar.


Nəticələri gördük. Uzun müddətdir qalib gəlmirik və bu bizi motivasiya edir. Təbii ki, biz buradan qalibiyyətlə qayıtmaq istəyirik.


Düşünürəm ki, “Sabah” çox güclü rəqibdir. Təsnifat mərhələsində çox gözəl futbol sərgilədilər. Var güvümüzlə bu oyuna hazırlaşmışıq”.


“Sabah” – “Slaviya” matçının start fiti sabah saat 20:45-də səslənəcək.