Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli ola bilər.


Rekord.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.


"Sabah" qələbə qazanacağı təqdirdə ölkə çempionu adına sahib çıxacaq. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub edib - 98:93, 112:84.


Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.