Bu gün Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Sabah” da bu turnirdə növbəti oyununa çıxıb.

Paytaxt təmsilçisi səfərdə Sloveniyanın “Çelye” komandası ilə üz-üzə gəlib. Masazırda keçirilmiş ilk oyunda 2:3 hesabıyla uduzmuş Valdas Dambrauskasın komandası revanş almağa və mərhələ keçməyə çalışıb. Amma təmsilçimiz bu oyuna əlavə vaxta daşısa da, gücü yalnız məhsuldar heç-heçəyə çatıb. Yekunda ümumi hesabda üstün olmuş "Çelye" növbəti mərhələyə yüksəlib. "Sabah" isə Avroliqa ilə erkən vidalaşıb.

Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu

17 iyul

Çelye - Sabah 3:3
Qollar: Franko Kovaçeviç, 18-pen. Damyan Vuklişeviç, 49. Nikita İosifov, 108 - Coy Lens Mikels, 9; 63; 64.
Hakimlər: Draqomir Draqanov, Hristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan).
“Çelye Arena”.

Çelye: 21. Simon Sluga, 2. Xuanxo Nieto, 3. Vuklişeviç, 6. Tutışkinas, 8. Kvesiç, 9. Kovaçeviç, 10. Şturm, 11. Milot Avdyli, 19. Zabukovnik, 20. İosifov, 23. Jan Karniçnik (k).
Ehtiyat oyunçular: 1. Leban, 12. Kolar, 4. Hrka, 5. Vodeb, 7. Jevşenak, 14. Çidi, 16. Vidoviç, 17. Kotnik, 24. Cevahiric, 44. Beyger.
Baş məşqçi: Albert Riera.
Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 88. Xəyal Əliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev (q), 89. Rauf Ayyubov (q), 2. Amin Seydiyev, 7. Bojan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinəddin Uld Xaled, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 70. Cesse Sekidika, 99. Nyeqos Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.