Saatlıda dama üzrə rayon turniri keçirilib
- 21:00
- 30
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı "Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında dama idman növü üzrə Saatlı rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki Saatlı Gənclər Evində keçirilən yarışda qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır.