
Ruzanna Məmmədova Avropa çempionatının finalında
- 03 İyl 2025 23:30
- 36
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.
Gülər Həbibova (57 kq) təsnifat mərhələsində macarıstanlı Anna Koebloyla bacarmayıb – 0:10.
Ruzanna Məmmədova (62 kq) çexiyalı Tereza Mraçkovaya “tuş”la, belaruslu Karina Fişçuka 4:0, rusiyalı Yekaterina Radışevaya isə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Ruzanna sabah finalda almaniyalı Leoni Steyqertlə güləşəcək.
Yarışa 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) isveçli Elvira Erssona 2:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilklə güləşəcək.